SPA mərkəzimiz müalicə korpusu ilə eyni binadadır, ona görə vanna və fizioterapiya seansları arasında dincəlmək üçün otelden çıxmağa ehtiyac yoxdur. Xidmətlərin bir hissəsi qalma paketinə daxildir, bir hissəsi isə ayrıca sifariş olunur.
Paketə daxil olan zonalar:
Fin saunası və buxar otağı
Türk hamamı
Duş Şarko
Qapalı isidilən hovuz
Fitnes və idman zalı
Yoqa və rahatlaşdırıcı məşğələlər
Ayrıca sifariş olunan prosedurlar:
Daş masajı (hot stone) — hamarlaşdırılmış bazalt daşları qızdırılıb bədənin müəyyən nahiyələrinə tətbiq olunur; istilik əzələlərin rahatlamasına və masajın daha yumşaq hiss edilməsinə kömək edir
Kisə-köpük masajı — türk hamamı ənənəsindən gələn prosedur: bədən isti buxarla yumşaldılır, xüsusi kisə ilə ölü dəri təmizlənir, sonra bol köpüklə yumşaq masaj edilir
Qəhvə skrabı və anti-selülit skrab — dərinin səthinin təmizlənməsi və daha hamar görünüşün dəstəklənməsi üçün
Şokolad maskası — xoş aromalı, dərini yumşaldan rahatlaşdırıcı prosedur
Klassik və müalicəvi masaj — həkim proqramına uyğun olaraq lokal və ya ümumi
Saç baxımı — naftalan əsaslı məhsullarla təmizləmə, nəmləndirmə və maska
Masaj seansları müalicə kursu ilə uzlaşdırılır: naftalan vannası ilə eyni günə düşən intensiv masaj təyin olunmur. Hansı prosedurun sizə uyğun olduğunu gəlişdəki konsultasiyada həkim müəyyənləşdirir.
Bu xidmətə daxil olan prosedurlar
Qalereya
Naftalanda Masaj və spa: foto qalereya
Suallar və cavablar








